Türkiyə klubu “İnter”in qapıçısını istəyir

“Qalatasaray” “İnter”in qapıçısı Yann Sommerə maraq göstərir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Milan klubunun rəhbərliyi isveçrəli futbolçu ilə yollarını ayırmaq niyyətində deyil.

36 yaşlı qolkiperin Türkiyə klubuna mümkün keçidi ilə bağlı xəbərlər bir müddət əvvəl də yayılmışdı.

Sommerin “İnter”lə müqaviləsinin müddəti 2026-cı ilin ortalarına kimidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button