Türkiyə klubunun erməniyə təklifinin detalları

Moskva “Dinamo”nun yarımmüdafiəçisi Arsen Zaxaryan “Qalatasaray”a keçməyə yaxındır.

Komanda.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Məlumata görə, Türkiyə klubu 19 yaşlı erməni əsilli rusiyalı futbolçuya görə 13 milyon avro ödəməyə hazırdır və ona illik 1,9 milyon avro maaşla, 2027-ci ilin iyunun sonuna qədər müqavilə təklif etmək niyyətindədir.

Zaxaryan “Dinamo”nun yetirməsidir. O, bu mövsüm bütün yarışlarda 22 matçda 3 qol vurub və 6 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalı futbolçunun dəyərini 15 milyon avro qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button