
“Fənərbaxça” “Əl-Nəsr”in hücumçusunu transfer edir
“Əl-Nəsr”in hücumçusu Con Duran “Fənərbaxça”ya keçmək üzrədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul klubu Kolumbiya yığmasının 21 yaşlı oyunçusunun transferi ilə bağlı danışıqlarda irəliləyiş əldə edib.
Hər iki tərəf Duranın “Fənərbaxça”ya keçidinin reallaşacağına əmindir.
Kolumbiyalı forvard bu ilin yanvarında “Aston Villa”dan “Əl-Nəsr”ə 77+13 milyon avro müqabilində keçib. O, Səudiyyə Ərəbistanı çempionatının ötən mövsümündə 13 oyunda 8 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



