Türkiyə klubu Diniyevlə vidalaşdı

Azərbaycan futbolçu Coşqun Diniyev Türkiyənin “Çorum” klubundan ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub 29 yaşlı azərbaycanlı oyunçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Diniyev bu ilin fevral ayında Türkiyənin digər klubu “Bandırmaspor”dan azad agent kimi “Çorum”a keçmişdi. O, sözügedən komandanın heyətində 12 oyuna 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button