Türkiyə klublarının Konfrans Liqasındakı mümkün rəqibləri məlum oldu

Türkiyə klublarının UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri məlum olub.

Komanda.az xəbər verir ki, “Beşiktaş”ın Azərbaycan təmsilçisi “Neftçi” ilə təşkil etdiyi cütün qalibi növbəti mərhələdə “Dinamo” (Kiyev, Ukrayna) – “Aris” (Yunanıstan) duelinin güclüsü ilə qarşılaşacaq.

“Fənərbaxça” Sloveniya “Maribor”unu keçsə, “Tvente” (Niderland) – “Riqa” (Latviya) cütünün qalibi ilə görüşəcək.

“Adana Dəmirspor” isə Xorvatiyanın “Osiyek” klubunu üstələsə, Avropa Liqasının 3-cü təsnifat mərhələsinin “Olimpiakos” (Yunanıstan) – “Genk” (Belçika) cütünün məğlubu ilə qarşılaşacaq.

Pley-off mərhələsinin oyunları 24-31 avqustda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button