Türkiyə klublarından Azərbaycana təbrik
Türkiyənin üç böyük klubu – “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş” 28 May – Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçiləri sosial şəbəkələrdəki səhifələrində bununla bağlı paylaşım ediblər.
“Qalatasaray” “Dost və qardaş ölkə Azərbaycanın Cümhuriyyət bayramı mübarək olsun!”, “Beşiktaş” “Dost, qardaş ölkə Azərbaycanın Respublika Günü mübarək olsun”, “Fənərbaxça” isə “Dost və qardaş ölkəmiz Azərbaycan 102 yaşında!” başlıqlı paylaşımla xalqımızı təbrik edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin