Türkiyənin 2 klubundan “Yuventus”un futbolçusuna təklif
“Yuventus”un futbolçusu Aleks Sandro karyerasını Türkiyədə davam etdirə bilər.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı braziliyalı futbolçuya Türkiyə Super Liqasından iki təklif göndərilib. Lakin həmin klubların adları açıqlanmayıb.
Öncədən Turin klubunun 31 yaşlı müdafiəçi ilə müqaviləni yeniləmək istəmədiyi bildirilib.
2015-ci ilin avqustundan “qoca sinyora”nın heyətində çıxış edən futbolçu bu mövsüm İtaliya A Seriyasında 17 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin