Türkiyənin Canı getdi
Türkiyə futbolunun və “Fənərbaxça”nın əfsanəvi futbolçularından olmuş Can Bartu vəfat edib.
Komanda.az xəbər verir ki, bununla əlaqədar olaraq Türkiyə Super Liqasının 28-ci turunun oyunları bir dəqiqəlik sükutla başlayacaq və matçlarda forma geyinəcək futbolçular meydana qollarında qara sarğıyla çıxacaq.
Karyerası ərzində “Fənərbaxça”, “Fiorentina”, “Latsio” kimi klubların formasını geyinən Can Bartu, 83 yaşında həyatını itirib. O, 28 dəfə Türkiyə millisinin şərəfini qoruyub. Can Bartu Türkiyə millisinin həm basketbolda, həm də futbolda formasını geyinən yeganə idmançıdır.
Can Bartu 1970-ci ildə, “Fənərbaxça” formasıyla futbolçu karyerasını bitirmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin