“Neftçi” ilə oyunöncəsi “Qalatasaray”ı cərimələdilər
Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi “Qalatasaray” klubunu cəzalandırıb.
Komanda.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. “Qalatasaray” yoxlama oyunlarında lisenziyasız futbolçu oynatdığı üçün 24 min TL (5 min 448 manat) cərimələnib.
“Qalatasaray” Avropa Liqasının 2-ci təsnifat mərhələsində sabah “Neftçi” ilə qarşılaşacaq. Bakı Olimpiya stadionunda keçiriləcək görüş saat 20:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin