Türkiyə Futbol Federasiyasında yeni prezident
Bu gün Türkiyə Futbol Federasiyasının prezidenti vəzifəsinə növbədənkənar seçki keçirilib.
Komanda.az xəbər verir ki, sözügedən vəzifəyə iki namizəd olub: İbrahim Hacıosmanoğlu və əvvəlki prezident Mehmet Büyükekşi.
Daha çox səs toplayan (134) İbrahim Hacıosmanoğlu federasiyanın yeni prezidenti seçilib. O, 2027-ci ilin iyun ayına kimi vəzifəsini icra edəcək.
Qeyd edək ki, İbrahim Hacıosmanoğlu 2013-2015-ci illərdə “Trabzonspor”un prezidenti olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin