Şenol Günəş qovulsa, sərvət qazanacaq
Türkiyə Fubol Federasiyası (TFF) milli komandanın baş məşqçisi Şenol Günəşlə müqaviləyə xitam versə, ona təzminat ödəməli olacaq.
Komanda.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 69 yaşlı mütəxəssisin TFF ilə imzaladığı müqavilədə xüsusi maddə yoxdursa, müqavilənin erkən ləğvinə görə Günəşə 5,3 milyon avro təzminat ödəniləcək. Müqavilədə xüsusi maddə olarsa, bu məbləğ 2,9 milyon avro olacaq.
Şenol Günəş 2019-cu ilin martından Türkiyə yığmasını çalışdırır. Onun indiki müqaviləsi 2022-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin