Türkiyə çempionunu “Aris”ə dəyişdi
Futbol üzrə Fil Dişi Sahili yığmasının sabiq hücumçusu Jervinyo Türkiyənin “Trabzonspor” klubundan ayrılıb.
Komanda.az xəbər verir ki, 35 yaşlı forvard karyerasını Yunanıstanın “Aris” komandasında davam etdirəcək. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Artıq Yunanıstana yollanan futbolçu tibbi müayinələrdən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.
Jervinyo 2021-ci ilin yayından “Trabzonspor”da çıxış edirdi. Təcrübəli forvard geridə qalan mövsümdə bu komandanın heyətində cəmi 13 matça çıxıb və 2 qol vurub. O, daha öncə “Beveren”, “Le Mans”, “Lill”, “Arsenal”, “Roma” “Hebey” və “Parma” klublarında da forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin