Türkiyə çempionu yeni baş məşqçi seçimini etdi
Türkiyənin “Başakşəhər” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçisini bundan sonra Aykut Kocaman çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müqavilə ilə bağlı detalların fevralın 1-də açıqlanacağı bildirilib.
Qeyd edək ki, Kocaman bu vəzifədə ötən gün istefaya göndərilmiş Okan Buruku əvəzləyəcək.
Aykut Kocaman son olaraq “Konyaspor”u çalışdırıb. O, “Fənərbaxça”, “Ankaraspor”, “Malatyaspor” və “İstanbulspor”un da baş məşqçisi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin