Türkiyə çempionunda yeni müqavilə
Türkiyə çempionu “Başakşəhər” hücumçusu Edin Vişça ilə müqavilənin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, Bosniya və Herseqovina yığmasının da formasını geyinən 30 yaşlı futbolçu, yeni müqaviləyə əsasən 2025-ci ilə qədər bu klubun uğurları üçün çalışmağa davam edəcək.
Vişçanın İstanbul klubu ilə əvvəlki müqaviləsinin müddəti 2021-ci ilin yayına qədər idi.
Vişça 2011-ci ildə transfer olunduğu “Başakşəhər”ə 9 ildir xidmət edir. Artıq komandanın kapitanlıq sarğısını da daşıyan futbolçu, bu komandanın heyətində Super Liqada 270 matça çıxıb, 76 qola imza atıb. TFF 1-ci liqada 34 oyuna 10, Türkiyə kubokunda 19 oyuna 1 qol vuran Vişça, UEFA Çempionlar Liqasında 6 (2 qol), Avropa Liqasında isə 22 oyun (11 qol) keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin