Türkiyə avrokuboklarda 15 il idi belə aqibətlə üzləşmirdi

Türkiyə Super Liqasının qalibi olacaq komanda UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində yerini itirmə təhlükəsi ilə üzləşib.

Komanda.az xəbər verir ki, bu, Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda “Sivasspor”un İsraildə “Makkabi” (Təl-Əviv) komandasına 0:1 hesabı ilə uduzmasından sonra baş verib.

Bu mövsüm Çempionlar Liqasının qalibi öz liqasında qitənin bir nömrəli klub turnirinə vəsiqə əldə etməsə, Türkiyə çempionu qrup mərhələsinda iştirak üçün pley-offda oynayacaq.

UEFA reytinqində 13-cü pilləyə geriləyən Türkiyənin 2022/23 mövsümündə birbaşa ÇL-in və Avroliqanın qrupuna komanda göndərə bilməyəcəyi dəqiqləşib. 2021/22 mövsümünün qalibi nüfuzlu turnirdə iştirak üçün pley-offda mübarizə aparmalıdır.

Qeyd edək ki, Çempionlar Liqasında çıxış edən “Başakşəhər” klubu da “Sivasspor” kimi avrokuboklarla vidalaşıb. 15 ildən sonra ilk dəfə qonşu ölkənin heç bir klubu növbəti mərhələyə vəsiqə qazana bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button