Azərbaycan millisinin üzvü “Sabah”da – Rəsmi
Türkiyənin 1-ci liqa təmsilçisi “Girəsunspor”da çıxış edən azərbaycanlı futbolçu Ozan Can Kökcü karyerasını Azərbaycanda davam etdirəcək.
Komanda.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi “Sabah” klubu ilə razılaşıb. Bu barədə “Girəsunspor”un rəsmi saytı məlumat yayıb. Ozanla imzalanan müqavilənin detalları açıqlanmayıb.
Ozan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin