“Qalatasaray”la matça çıxmaq istəmədi, komandadan qovuldu
Türkiyənin “Trabzonspor” komandasında yarımmüdafiəçi Abdülkadir Parmak heyətdən kənarlaşdırılıb.
Komanda.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 26 yaşlı futbolçu Super Liqanın 35-ci turunun “Qalatasaray”la səfər matçında (1:1) meydana çıxmaq istəmədiyi üçün məşqçilər tərəfindən komandadan uzaqlaşdırılıb.
Abdülkadir Parmak bu mövsüm “Trabzonspor”la Super Liqada 26 oyuna çıxıb. Yarımmüdafiəçinin klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin