“Trabzonspor”dan 4,3 milyon avroluq transfer
Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Başakşəhər”dən Edin Visçanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçi ilə 3,5 illik müqavilə imzalanıb.
“Trabzonspor” Visça üçün “Başakşəhər”ə 4,3 milyon avro ödəyəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin