Super Liqa klubunda ciddi itki – 5-6 ay olmayacaq
Türkiyənin “Trabzonspor” klubu ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisinin futbolçusu Abdülkadir Ömür zədələnib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi yaxın zamanda əməliyyat olunacaq.
Abdülkadirin 5-6 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Yarımmüdafiəçi Avropanın bir sıra nəhəng klublarının skautları tərəfindən izlənilirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin