“Sivasspor”un Avropa Liqası üçün iştirak ərizəsi SİYAHI
Türkiyənin “Sivasspor” klubunun Avropa Liqasının qrup mərhələsi üçün iştirak ərizəsi açıqlanıb.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Rıza Çalımbay qrup mərhələsində xidmətindən yararlanacağı futbolçuları müəyyənləşdirib. Siyahıda 21 futbolçu yer alıb:
Qapıçı: Muammer Yıldırım, Mamadu Samassa;
Müdafiəçilər: Aron Apindaqoye, Robin Yalçın, Uğur Çiftçi, Samba Kamara, Ziya Erdal, Marselo Qoyano, Caner Osmanpaşa;
Yarımmüdafiəçilər: İsaak Kofi, Klaudemir, Yasin Öztəkin, Xorxe Feliks, Ərdoğan Yeşilyurt, Hakan Arslan;
Hücumçular: Aruna Kone, Maks Qradel, Mustafa Yatabare, Kazimir Rodriqe Ninqa, Fayçal Fayr, Olarenvacu Kayode.
“Sivasspor” Avropa Liqasının İ qrupunda “Qarabağ”, “Vilyarreal” (İspaniya) və “Makkabi” (Təl-Əviv, İsrail) ilə mübarizə aparacaq.
Bizi Facebook-da izləyin