Super Liqa klubunda koronavirusa kütləvi yoluxma
Türkiyənin “Qaziantep” klubunda koronavirusa kütləvi yoluxma qeydə alınıb.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisinin 9 üzvündə koronavirus aşkarlanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Virusa yoluxanların 7-si futbolçu, 1-i məşqçi, 1-i isə işçidir.
“Qaziantep” yanvarın 14-də Türkiyə Super Liqasının 21-ci turunda “Beşiktaş”ın qonağı olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin