
“Qalatasaray” braziliyalı futbolçunun cəzasını rəsmən açıqladı
Türkiyənin “Qalatasaray” klubu Super Liqanın 1-ci turu çərçivəsində “Giresunspor”la səfər oyununda (0:2) komanda yoldaşı Kərəm Aktürkoğlunu vuran futbolçusu Markaonu cərimələyib.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi braziliyalı müdafiəçini qeyri-etik davranışına görə 150 min avro məbləğində cərimələyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyə Futbol Federasiyası komanda yoldaşını vuran Markaonu 8 oyunluq diskvalifikasiya edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin