“Qalatasaray”dan FİFA-ya şikayət
Türkiyənin “Qalatasaray” klubu Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Nəsr”i FİFA-ya şikayət edib.
Komanda.az xəbər verir ki, “cim-bom” yayda futbolçusu Maykonu 1,43 milyon avro qarşılığında “Əl Nəsr”ə satsa da, Səudiyyə Ərəbistanı təmsilçisi bu məbləği hələ ödəməyib. “Qalatasaray” bu səbəbdən “Əl Nəsr”i FİFA-ya şikayət edib.
Ali futbol qurumu “Əl Nəsr”ə borcunu ödəməsi üçün vaxt qoyub. Ərəblər borcu vaxtında ödəməsələr, transfer qadağası ilə üzləşə bilərlər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin