Super Liqa klubunda ayrılıq – sabiq “Bakı”lı istefa verdi
Türkiyənin “Konyaspor” klubu baş məşqçisi Bülənt Qorxmazla yollarını ayırıb.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə 51 yaşlı mütəxəssis özü açıqlama verib. Qorxmaz, Super Liqa klubundakı işindən istefa verdiyini bildirib.
Bülənt Qorxmaz 2020-ci ilin fevralından “Konyaspor”u çalışdırırdı. O, 2009/10 mövsümündə “Bakı”nın baş məşqçisi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin