Türk futbolçu Fransa klubu ilə razılaşdı
Türkiyənin “Kayserispor” klubunun futbolçusu Doğan Alemdar karyerasını Fransada davam etdirəcək.
Komanda.az xəbər verir ki, 18 yaşlı qapıçı “Renn” klubu ilə razılaşıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Renn” Alemdar üçün “Kayserispor”a 3,5 milyon avro ödəyəcək. Türk futbolçu ilə 5 illik müqavilə imzalanacaq.
Doğan Alemdar Türkiyənin U-21 yığmasının da üzvüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin