“Fənərbaxça” futbolçusunu 1,5 milyon avroya satdı
Türkiyənin “Kayserispor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Fənərbaxça”dan Mame Tiamı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Seneqallı hücumçu ilə 3 illik müqavilə imzalanıb.
Tiam 2020-ci ilin avqustundan “Fənərbaxça”da idi. “Kayserispor” Tiam üçün İstanbul klubuna 1,5 milyon avro ödəyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin