Super Liqa klubunun 3 futbolçusunda koronavirus aşkarlandı
Türkiyənin “Hatayspor” klubunun 4 üzvündə koronavirus aşkarlanıb.
Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Virusa yoluxanların üçü futbolçu, biri isə texniki heyətin üzvüdür.
“Hatayspor” Türkiyə Super Liqasının 11-ci turunda səfərdə “Qalatasaray”la qarşılaşacaq. Sabah keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin