Misir millisinin üzvü Türkiyə klubunda

Türkiyənin “Hatayspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Əl Əhli” (Misir) klubundan cinah oyunçusu Mahmud Kahrabanı heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı oyunçu mövsümün sonuna qədər icarə əsasında “Hatayspor”da çıxış edəcək.

Kahraba Misir milli komandasının da üzvüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button