“Qalatasaray”ın sabiq üzvü klubsuz qaldı

Türkiyənin “Hatayspor” klubu futbolçusu Əmrə Çolakla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Qalatasaray”ın yetirməsi olan Əmrə 2008-2016-cı illərdə bu klubda çıxış edib. O, İspaniyada “Deportivo”, Səudiyyə Ərəbistanında “Əl Vahda” klublarında çıxış edib.

Türkiyə millisinin də sabiq üzvü olan yarımmüdafiəçi 2021-ci ilin yayından “Hatayspor”da idi. O, Super Liqada bu mövsüm 8 matça çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button