Super Liqa klubunda növbəti ayrılıq

Türkiyənin “Göztəpə” klubu futbolçusu Andre Kastro ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 32 yaşlı yarımmüdafiəçinin müddəti bitən müqaviləsi yenilənməyib.

Kastro 2017-ci ildən “Göztəpə”də forma geyinirdi. Yarımmüdafiəçi, klub tarixində ən çox oyun keçirən legioner futbolçu ünvanına da sahibdir.

“Göztəpə” qapıçı Beto ilə də yollarını ayırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button