Türkiyə klubunda baş məşqçi ayrılığı

Türkiyənin “Göztəpə” klubu baş məşqçisi Tamer Tuna ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tamer komandanın uğursuz çıxışından sonra istefasını rəhbərliyə bildirib və bu istəyi qəbul edilib.

Tamer Tuna 2017-2018-ci illərdə “Göztəpə”ni çalışdırıb. O, 2018-ci ilin noyabrında İzmir təmsilçisindən ayrılmışdı. 49 yaşlı mütəxəssis daha sonra 2019-cu ilin fevralında “Göztəpə”yə baş məşqçi təyin olunmuşdu.

“Göztəpə” 9 oyundan sonra 9 xalla 15-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button