Ozan Tufan Premyer Liqa klubu ilə danışıq aparır
Türkiyənin “Fənərbaxça” klubunun futbolçusu Ozan Tufan karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə Premyer Liqa təmsilçisi “Uotford” yaxından maraqlanır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, Ozanın “Uotford”la danışıq apardığı bildirilib.
“Fənərbaxça” ilə müqaviləsi 2023-cü ilin yayına qədər olan futbolçunun “transfermarkt”da dəyəri 11 milyon avrodur.
Ozan Türkiyə yığması ilə 63 oyunda 9 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin