“Fənərbaxça”da koronavirusa yoluxanların sayı artdı
Türkiyənin “Fənərbaxça” klubunun daha bir əməkdaşında koronavirus aşkarlanıb.
Komanda.az xəbər verir ki, klubun İdarə Heyətinin üzvlərindən birinin koronavirus testi müsbət çıxıb. Bu barədə Demirören Haber Ajansı (DHA) məlumat yayıb.
Bu, “Fənərbaxça” klubunda 3-cü koronavirus hadisəsidir. Bundan əvvəl də klubun iki əməkdaşında virus aşkarlanmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin