“Fənərbaxça” da məşqləri bərpa edir

Türkiyənin “Fənərbaxça” klubu məşqləri bərpa edir.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. “Fənərbaxça” mayın 4-dən klubun bazasında məşqlərə başlayacaq.

Klubdan verilən məlumatda, futbolçuların hələlik 4 nəfərlik qruplar halında məşq edəcəkləri bildirilib.

Koronavirus pandemiyasına görə dayandırılmış Super Liqanın iyunda bərpa olunacağı gözlənilir. Bundan əvvəl “Dənizlispor”, “Beşiktaş”, “Göztəpə” və “Kasımpaşa” da məşqləri bərpa etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button