“Fənərbaxça” seneqallı hücumçuyla razılaşdı
Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Kasımpaşa”dan Mame Tiamla razılaşıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Fənərbaxça” klubunun prezidenti Ali Koçun seneqallı futbolçu və onun nümayəndələri ilə görüşdüyü bildirilir. “Bülbüllər” yaxın zamanda Tiamın transferini rəsmən açıqlayacaq.
27 yaşlı hücumçu son mövsümdə Super Liqada 25 oyunda iştirak edib və 11 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin