Balotelli ilə gündəm olan “Adana Dəmirspor”dan David Luizə təklif

Türkiyənin “Adana Dəmirspor” klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Komanda.az xəbər verir ki, yeni mövsümdə Super Liqada çıxış edəcək Adana təmsilçisi hazırda azad agent olan David Luizi heyətinə qatmaq niyyətindədir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, “Adana Dəmirspor”un 34 yaşlı müdafiəçiyə iki illik müqavilə təklif etdiyi bildirilib. Luiz hələ qərarını verməyib.

“Adana Dəmirspor” daha əvvəl italyan hücumçu Mario Balotelli və mərakeşli yarımmüdafiəçi Yunes Belhanda ilə müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button