
Türkiyəli məşhur iş adamı Şəhriyar Məmmədyarova dəstək olacaq
Türkiyənin məşhur iş adamlarından və investorlarından biri Evrən Üçok azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarova dəstək olmaq qərarına gəlib.
Komanda.az xəbər verir ki, məşhur “Trendyol” brendinin qurucusu, şirkətin keçmiş rəhbəri olan Üçok Şəhriyar Məmmədyarovun dünya çempionu olması üçün hər cür dəstəyi göstərməyə hazır olduğunu bildirib (“Bakuplus”).
Üçok türk yeniyetmələrin şahmat üzrə dünya çempionu olması məqsədilə onlara ciddi maddi dəstək verir. Onların daha yaxşı yetişdirilməsi məqsədilə Şəhriyar da müəllim kimi Türkiyəyə dəvət olunub. Sonrakı müzakirələrdə isə qərara alınıb ki, Şəhriyara da dünya çempionu olması üçün gərəkli dəstək verilsin.
Şahmat tarixinin ən güclülərindən sayılan, 5 qat dünya çempionu Maqnus Karlsen 2023-cü ildə bir daha bu yarışda iştirak etməyəcəyini bildirib və son iki dünya çempionatına qatılmayıb. Üçok hesab edir ki, məhz bu məqam Şəhriyarın dünya çempionu olması üçün bir şansdır və bu prosesə ciddi dəstək lazımdır.
Xatırladaq ki, Şəhriyar Məmmədyarov bir neçə dəfə Azərbaycanda ona olan diqqətsizlikdən, şahmatçı kimi heç bir dəstək görmədiyindən şikayətlənib.
Bizi Facebook-da izləyin



