Türkiyəli idman yazarı “Qarabağ”ı Ermənistan təmsilçisi kimi təqdim etdi
Türkiyəli idman jurnalisti, “Sabah” qəzetinin köşə yazarı Gürcan Bilgiç “A Spor” telekanalında yayımlanan “Son Sayfa” verilişində “Qarabağ”ı Ermənistan komandası kimi təqdim edib.
Komanda.az xəbər verir ki, o, “Fənərbaxça”nın qrup mərhələsindəki potensial rəqiblərini dəyərləndirərkən, “Qarabağ” Ermənistan komandası deyilmi” söyləyərək, yanlışlığa yol verib.
Verilişin digər iştirakçısı Hüseyin Özkek onun səhvini düzəldib. Bilgiç proqramın gedişində Niderlandın PSV komandasını da aşağılayıb. O, Eyndhoven təmsilçisinə “PSV-MSV” deyib.
Bundan başqa, verilişin gedişində Bilgiçin 2024-cü ildən qüvvəyə minəcək Çempionlar Liqasının yeni formatından xəbərsiz olması üzə çıxıb.
Bilgiç “Qarabağ”ı Ermənistan komandası kimi təqdim etməsi səbəbindən sosial şəbəkədə kəskin tənqidlərə məruz qalıb, belə təxribatçı idman yazarının verilişə buraxılmaması tələb olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin