Türkiyəli hücumçu “Lill”dən ayrıldı
Türkiyə millisinin üzvü Yusuf Yazıcı “Lill”dən ayrılıb.
Komanda.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi bununla bağlı özü məlumat yayıb.
O, sosial şəbəkə hesabında Fransa klubu ilə vidalaşıb.
Yazıcı 2019-cu ildə “Trabzonspor”dan “Lill”ə keçmişdi. O, bu komanda ilə Fransa super kubokunun və Liqa 1-in qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin