Türkiyəli futbolçu zəlzələdə öldü
Həvəskar statuslu BAL Liqasında çıxış edən “Kahramanmaraş İstiklalspor”un oyunçusu Taner Kahriman Türkiyədəki zəlzələ nəticəsində vəfat edib.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu dağıntılar altından çıxarılsa da, xəstəxanada ölüb.
O, karyerası ərzində “Orduspor” və “Artvin Hopaspor”da da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin