Türkiyəli futbolçu “Roma”ya keçə bilər
“Trabzonspor”un qapıçısı Uğurcan Çakır karyerasını İtaliyada davam etdirə bilər.
Komanda.az “Calciomercato” nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı qolkiperin xidmətində “Roma” maraqlıdır.
Türk qapıçı hazırda 35 yaşı olan Rui Patrisionun əvəzləyicisi kimi düşünülür.
Uğurcan Çakır “Trabzonspor”un yetirməsidir. Türkiyə millisinin üzvü cari mövsümdə Super Liqa təmsilçisinin heyətində 17 matçda meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin