Türkiyəli futbolçu İngiltərə klubunda – Rəsmi
“Trabzonspor”un futbolçusu Abdulkadir Ömür İngiltərənin “Hall Siti” klubuna keçib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə 3,5 illik müqavilə imzalanıb. TV8 kanalının rəhbəri, türkiyəli məşhur aparıcı Acun Ilıcalının rəhbəri olduğu “Hall Siti” bu transferə görə “Trabzonspor”a 6 milyon avro təzminat ödəyəcək.
Abdulkadir Ömür Super Liqa təmsilçisinin heyətində 211 matçda 25 qol vurub və 36 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin