Türkiyəli futbolçu Bakıya səfərdən danışdı
“Marsel”in (Fransa) türkiyəli futbolçusu Cengiz Ündər UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la Bakıda keçirdikləri cavab oyunu barədə danışıb.
Komanda.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi “madeinfoot.ouest-france”ə açıqlamasında Bakıya səyahətin uzun olduğunu bildirib:
“Yaxşı nəticə əldə etdik, qələbə hər kəs üçün vacib idi. Ümumilikdə təyyarədə 10 saat vaxt keçirdik. Amma fiziki cəhətdən yaxşı formadayıq. 1/8 final mərhələsindəki rəqibimiz – İsveçrə “Bazel”i yaxşı komandadır. Amma bu oyunlaradək Liqa 1-də daha çox qələbə qazanmalı və özümüzə inanmalıyıq. Hədəfimiz Konfrans Liqasında mümkün qədər irəli getməkdir”.
“Marsel” “Qarabağ”a ümumilikdə 6:1 hesabı ilə qalib gələrək 1/8 finala adlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin