
Türkiyə və Suriya üçün 1 milyon dollar ayırıb – FİFA
FİFA Türkiyə və Suriyaya zəlzələyə görə yardım edəcək.
Komanda.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bunun üçün 1 milyon dollar vəsait ayrılıb.
FİFA, Türkiyə Futbol Federasiyası, Suriya Futbol Assosiasiyası və qeyri-hökumət təşkilatları ilə məsləhətləşmələrdən sonra zəruri əşyaların alınmasına, paylanmasına başlayacaq.
FİFA-dan vəziyyəti izləyəcəkləri, Türkiyə Futbol Federasiyası və Suriya Futbol Assosiasiyası ilə gələcək tədbirlər üçün əməkdaşlığın davam etdiriləcəyi bildirilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin