“Türkiyə toplanışındansa, yeni oyunçu almağı təklif etdim” – Elmar Baxşıyev

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 18-ci turunda “Sabah”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Maraqlı oyun oldu. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Oyunun dinamikası yaxşı idi. Komandamı təbrik edirəm. Bizim üçün qələbə önəmli idi. Daha da artırmalıyıq ki, sonuncu pillədən qurtulaq. İli qələbə ilə başa vurmaq sevindiricidir. Ümid edirəm ki, üçüncü dövrədə daha yaxşı olacağıq.

Qış fasiləsində planımız Antalyaya getmək idi. Amma düşündük ki, Qəbələdə qalaq. Hazırlığımızı burada keçəcəyik. Mənim tərəfimdən belə təklif oldu ki, Türkiyə səfirinin əvəzinə imkan olduqca yeni oyunçu ilə güclənək.

Enişləri biz də təxmin edirdik. 10 nəfər komandadan ayrıldı. Ötənilki heyətimiz üç ilə formalaşmışdı. Bütün oyunçular bir-birinə adaptasiya olmuşdu. Bu komanda yenidir. Stabillik çatmır. Komandanın yığılmasından dörd ay keçib. Az müddətdir. Hiss edirik ki, komanda getdikcə daha sanballı oynamağa çalışır. Bəzi mövqeləri gücləndirə bilsək, daha da iddialı ola bilərik.

Neçə transfer olacaq? Burada açıqlamaq istəmirəm. Hər mövqedə rəqabət olmasını istəyirəm. Sevindirici hal odur ki, bu il Nicatı qazandıq. Heç kimin tanımadığı futbolçu idi. Bir oyunçu nəzərimizdə var. Düşünürəm ki, iki futbolçu olsa, daha yaxşı olar. Həm hücum, həm müdafiə xəttinə”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button