Türkiyə Super Liqasında legioner limitində dəyişiklik edilib
Türkiyə Super Liqasında legioner limiti dəyişdirilib.
Komanda.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası bununla bağlı məlumat yayıb.
Qərara əsasən, 2024/2025 mövsümündən etibarən klubların transfer etdikləri əcnəbi futbolçu sayı 14-dən 12-yə endiriləcək. Limit üç mövsüm bu qaydada tətbiq edildikdən sonra say 11-ə düşəcək. Ancaq oyun günü iştirak ərizəsində limit tətbiq edilməyəcək.
Bundan başqa, əsas komandanın mövsümlük iştirak ərizəsində oyunçu sayı 30-dan 26-ya endiriləcək.
Türkiyə Super Liqasında komandalar matçların start heyətində maksimum 8 əcnəbi ilə oynaya bilirlər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin