Türkiyə Super Liqasının bərpa vaxtı açıqlandı – rəsmi

Koronavirus pandemiyası səbəbiylə dayandırılan futbol üzrə Türkiyə Super Liqasının bərpa tarixi müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmir açıqlama verib.

Ölkənin səhiyyə naziri Fahrettin Koca ilə görüş keçirən Özdəmir, liqanın iyunun 12-də bərpa olunacağını bildirib.

Super Liqadan başqa, 1-ci, 2-ci və 3-cü liqanın oyunları 12-13-14 iyun tarixlərində start götürəcək. Federasiya rəsmisi, səhiyyə nazirliyi ilə keçiriləcək görüşdən sonra oyunların necə keçiriləcəyinə qərar veriləcəyini bildirib.

Bundan başqa, Özdəmir, avqustun sonunda UEFA Çempionlar Liqasının final oyununun da keçiriləcəyini deyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button