Türkiyə millisinin keçmiş futbolçusu koronavirusdan öldü

Türkiyə millisinin və “Göztəpə” klubunun sabiq futbolçusu Doğan Küçükduru vəfat edib.

Komanda.az xəbər verir ki, 72 yaşlı keçmiş hücumçu koronavirusdan vəfat edib. Bu barədə “Milliyet” nəşri məlumat yayıb.

Doğan Küçükduru “Göztəpə”dəki oyunu ilə məşhurlaşıb. O, 1971-1975, 1977-1980-cı illərdə İzmir təmsilçisinin, 1974-cü ildə isə bir matçda Türkiyə yığmasının formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button