Türkiyə millisinin üzvü rəsmən “Yuventus”da
İtaliya çempionu “Yuventus” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Turin təmsilçisi Türkiyə milli komandasının müdafiəçisi Merih Demiralı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İtaliya A Seriyasının digər təmsilçisi “Sassuolo”dan transfer olunan 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. “Yuventus” bu keçidə görə “Sassuolo”ya 18 milyon avro təzminat ödəyəcək.
Türkiyəli mərkəz müdafiəçisi geridə qalan mövsümün dövrələrarası fasiləsi zamanı “Alanyaspor”dan “Sassuolo”ya transfer edilmişdi. “Fənərbaxça”nın yetirməsi olan futbolçu, “Sassuolo” formasıyla çıxdığı 14 oyunda 2 qola imza atıb. O, daha öncə Portuqaliyanın “Sportinq” klubunun B komandasında da forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin