Türkiyə millisinin üzvü “Borrusiya”da – rəsmi
Dortmund “Borussiya”sı heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Dortmund təmsilçisi “Köln”dən Salih Özcanı transfer edib. 24 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Salih Özcan 2020-ci ilin yayından “Köln”də çıxış edirdi. O, Türkiyə millisinin də üzvüdür.
Özcan “Köln”ün heyətində meydana çıxdığı 32 oyunda 2 qol vurub və 1 qol ötürməsi edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin